fotofakt

Nazirlik “Gilan Holding”i məhkəməyə verdi

Tarix:21-11-2019, 20:32
Baxış Sayı:83

Nazirlik “Gilan Holding”i məhkəməyə verdi
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "Gilan Holding” MMC-ni məhkəməyə verib.
Unikal.org xəbər verir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən nazirlik şirkətin "Jalə” İstirahət Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair iddia tələbi sürüb.

İddia ərizəsi məhkəmənin dəftərxanasına kağız daşıyıcıda 13 noyabr 2019-cu il tarixdə daxil olub.
Məhkəmə iddia ərizəsi üzrə materialları yoxlayaraq hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.
Belə ki, məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, iddia ərizəsi məhkəməyə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyindən geri qaytarılmalıdır.

Qeyd edək ki, "Gilan Holding” MMC Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova məxsusdur. Şirkəti isə nazirin oğlu Tale Heydərov idarə edir.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı