fotofakt

“Yeni nazir onları daha 3 il vergidən azad etmək istəyir, amma...”

Tarix:12-11-2019, 15:41
Baxış Sayı:105

“Yeni nazir onları daha 3 il vergidən azad etmək istəyir, amma...”
Deputat Vahid Əhmədov “2020- ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, o bildirib ki, 2020-ci ilin dövlət büdcəsi makroiqtisadi göstəricilər nəzərə alınmaqla müsbətdir: “Bəzi məsələlərə diqqət yetirmək istərdim. Bizdə sənaye parkları yaradılıb. Yeni nazir onları daha 3 il müddətinə vergidən azad etmək istəyir. Ancaq 7 il kifayət edərdi ki, həmin sənaye parkları effektiv işləsin və dövlətə vergi ödəsin. Bundan əlavə, satınalmalarla bağlı deyə bilərəm ki, bizdə tenderler düzgün keçirilmir. Hətta burada korrupsiya faktları da aşkarlanıb. Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir. Bununla yanaşı hesab edirəm ki, hökumət gəlir deklarasiyası ilə bağlı sənədi hazırlayıb təqdim etməlidir, o cümlədən maliyyə amnistisiyası məsələsi də ciddi məsələ olaraq qalır”.

Deputat Qənirə Paşayeva isə çıxışında dövləti universitetlərinin tələbə yataqxanalarının tikilməsi məsələsinə toxunub. O qeyd edib ki, kəndlərdən Bakıya oxumağa gələn tələbələr bu məsələdə ciddi çətinliklərlə üzləşirlər: “Çünki kənd ailələrindən gələn uşaqların Bakıda kirayə ev tutmağa imkanı yoxdur. Bizim böyük universitetlərin hələ də yataqxanası yoxdur. Hesab edirəm ki, artıq bu məsələyə ciddi yanaşmaq lazımdır.

Həmçinin təhsil kreditləri haqqında məsələ də öz həllini tapmalıdır. Bundan əlavə, 2020- ci ildə Aliment Fondunun yaradılmasının artıq zəruri olduğunu diqqətinizə çatdırmaq istəyirəm”.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı