fotofakt

Vasif Talıbovdan sosial şəbəkələrlə bağlı tapşırıq

Tarix:8-10-2019, 15:13
Baxış Sayı:123

Vasif Talıbovdan sosial şəbəkələrlə bağlı tapşırıq
"Təhlükəsizliyin təmin edilməsi hər bir dövlətin mövcudluğunun əsas şərtlərindəndir. Dövlətin təhlükəsizliyinin əsasında isə dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi və qanunauyğun istifadəsi dayanır”.

Bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib.

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının fəaliyyəti barədə keçirilən müşavirədə çıxış edən Talıbov qeyd edib ki, dövlət sirri - hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması dövlətin təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.

"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılmasında əsas məqsəd də dövlət sirri haqqında qanunvericiliyin muxtar respublikada həyata keçirilməsini təmin etməkdən, bu sahədə normativ hüquqi aktların və metodik sənədlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün dövlət orqanlarının fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bu vəzifələrin həyata keçirilməsi üçün İdarələrarası Komissiya tərəfindən bir sıra işlər görülməlidir.

Komissiya dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısını almalı, dövlətin təhlükəsizliyinə ziyan vuran belə hal baş verdikdə fakt üzrə materiallara baxmalı və rəy verməlidir.

Dövlət Təhlükəsizliyi Xidməti Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə tərkibində dövlət sirri təşkil edən məlumatlar olan informasiya sistemlərinin ekspertizasını aparmalı, informasiyanın mühafizəsinə, məxfilik rejiminə və texniki kəşfiyyat fəaliyyətinə qarşı tədbirlər görməli, lisenziyalı proqram təminatından istifadə olunmalı, texniki vasitələrin məlumat sızmasından qorunmasını, habelə onlardan məlumat çıxarılması üçün istifadə oluna bilən elektron vasitələrin aşkarlanması və zərərsizləşdirilməsini təmin etməlidirlər.

Əldə edilməsi qanunvericiliklə məhdudlaşdırılan və dövlət sirri hesab edilən informasiyaların kütləvi informasiya vasitələrində, internet saytlarında və sosial şəbəkələrdə yayılmaması üçün ciddi işlər görülməlidir”. (Yenisabah.az)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı