fotofakt

“Erməni batalyonu” Qarabağa GÖNDƏRİLDİ: Azərbaycan və Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN - SENSASİON DETALLAR

Tarix:9-12-2020, 22:31
Baxış Sayı:625

“Erməni batalyonu” Qarabağa GÖNDƏRİLDİ: Azərbaycan və Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN - SENSASİON DETALLAR
Suriyanın şimalında PKK/YPG nəzdində fəaliyyət göstərən və əsasən yerli ermənilərdən formalaşdırılmış erməni batalyonu Qarabağdan geri qayıdıb. Və ermənilərin üzləşdikləri məğlubiyyətin qisasını almaq üçün Türkiyə, Azərbaycan və Rusiyada mülki hədəflərə qarşı terror hücumları planlaşdırır.

Fotofakt.az-n xəbərinə görə, bu haqda “Bursa Hakimiyet” qəzeti Türkiyə təhlükəsizlik qaynaqlarına istinadən bildirir.

Suriyanın şimalında erməni batalyonu PKK/PYD terror təşkilatı tərəfindən 2019-cu ilin aprelində Türkiyəyə qarşı savaşmaq üçün yerli ermənilərdən və əsasən muzdlulardan formalaşdırılıb. Həmin batalyonun bu ilin yayında Qarabağa göndərildiyi haqda xəbər vermişdik. Bildirilir ki, erməni batalyonu Qarabağda gedən müharibədən Suriyanın şimalına geri dönüb və Ermənistanın bu müharibədə məğlub olmasına görə Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyanı da günahkar sayır.

“Türkiyə ordusunun uğurlu əməliyyatları nəticəsində rahat hərəkət edə bilməyən separatçıların qondarma “erməni batalyonu” bölgədə mövcudluğunu qoruyub saxlamağa çalışır, amma onları gözləyən acı aqibətdən xilas ola bilməyəcəklər”, - mənbə bildirir.

Bölgədəki təhlükəsizlik qaynaqları onu da deyirlər ki, “erməni batalyonu” Suriya rejiminin nəzarətində olan ərazilərdə sərbəst hərəkət edir və fəaliyyətlərini orada planlaşdırır. Çünki Əsəd rejimi ilə yaxşı münasibətlərə malikdr.

“Əldə edilən məlumatlara görə, Ermənistanın Dağlıq Qarabağda uğradığı ağır məğlubiyyətin ardınca PKK-ya bağlı erməni qrupları səs-küylü terror aksiyaları planlaşdırmağa başlayıb. “Erməni batalyonu” bu məğlubiyyətdə Rusiyanı da günahkar bilir və nəticədə Türkiyə, Azərbaycan da daxil olmaqla Rusiyada da mülki hədəflərə qarşı canlı bombalarla terror hücumları həyata keçirməyi planlaşdırır”, - mənbələr bildirir.

Suriyanın şimalında qurulan “erməni batalyonuna” 2017-ci ildə Rakkada İŞİD-lə döyüşlərdə öldürülən erməni Nübar Ozanyanın adı verilib. Qruplaşma əsasən solçu ideologiyaya malik ermənilərdən formalaşdırılıb. Batalyonun rəhbərləri arasında Ermənistan ordusunun zabitləri və istefada olan generalları da var.(Virtualaz.org)

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı