fotofakt

Şimali Makedoniyada ittifaq dağılır

Tarix:6-06-2020, 17:44
Baxış Sayı:3 183

Şimali Makedoniyada ittifaq dağılır
Şimali Makedoniyanın hakim Sosial Demokrat İttifaqı Partiyasının lideri Zoran Zayev albanların Demokratik İnteqrasiya İttifaqı Partiyasının lideri Əli Əhmədinin ölkənin yeni baş nazirinin etnik alban seçilməsiylə bağlı təklifini rədd edib.

Axar.az xəbər verir ki, Zayev bu barədə bəyanatını öz Feysbuk səhifəsində yerləşdirib.

“Bizim ölkədə hakimiyyətin formalaşdırılması üçün hər bir vətəndaş mandat ala bilər. Konstitusiyaya görə, parlamentə deputatlar milli vətəndaşların iradəsinə görə seçilirlər. Əgər seçkidə Sosial Demokrat İttifaqı qalib gəlsə, baş nazir vəzifəsinə mənim namizədliyim irəli sürüləcək və baş nazir mən olacağam. Əgər Demokratik İnteqrasiya İttifaqı koalisiyanın yaradılması üçün belə təklif irəli sürürsə, o zaman onlar gələcək hakimiyyətin bir hissəsi olmayacaqlar”, - deyə o bildirib.

Qeyd eədk ki, bundan öncə Əhmədi Şimali Makedoniyaya ilk alban baş nazir seçməyin vaxtının çatdığını açıqlamışdı.

Şimali Makedoniyada albanlar əhalinin 25,5%-ni təşkil edir. 2016-cı ildə keçirilən parlament seçkisində albanlar Zayevlə ittifaqa girərək, ölkənin ikinci rəsmi dilinin alban dili olmasına nail olmuşdular.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı