fotofakt

Bu şəxslərə verilən pul kompensasiyası artırıldı

Tarix:24-04-2019, 09:48
Baxış Sayı:188

Bu şəxslərə verilən pul kompensasiyası artırıldı


Nazirlər Kabineti bir sıra şəxslərə pul kompensasiyasının məbləği və ödənilməsi qaydasına dəyişiklik edib.

Dəyişiklik “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”, “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”, “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası” və “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” qərarda edilib.

Qüvvədə olan qaydaya əsasən, indiyə qədər daxili işlər orqanlarında (Daxili İşlər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün hər ay Bakı şəhərində 47 manat, başqa şəhər və rayon mərkəzlərində 33 manat, digər yaşayış məntəqələrində 27 manat pul kompensasiyası ödənilib.

Dəyişikliyə görə, Bakı şəhərində hər ay ödənilən pul kompensasiyası 47 manatdan 150 manata, başqa şəhər və rayon mərkəzlərində 33 manatdan 75 manata, digər yaşayış məntəqələrində 27 manatdan 55 manata qaldırılıb.

Eyni zamanda, daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda hər ay 100 manat pul kompensasiyası ödəniləcək.

“Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nda və “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nda analoji məzmunda dəyişiklik edilib.

Bu orqanların əməkdaşlarına da müvəqqəti mənzilin kirayəsi üçün hər ay Bakı şəhəri üzrə ödənilən 47 manat pul kompensasiyası 150 manata, başqa şəhər və rayon mərkəzlərində 33 manatdan 75 manata, digər yaşayış məntəqələrində 27 manatdan 55 manata qaldırılıb. Eyni zamanda Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün isə 100 manat məbləğində yeni kompensasiya məbləği müəyyənləşdirilib.

“Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” qərara əsasən, yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün hər ay Bakı şəhərində şərti maliyyə vahidi məbləğinin 43 misli miqdarında, başqa şəhər və rayon mərkəzlərində şərti maliyyə vahidi məbləğinin 30 misli miqdarında, digər yaşayış məntəqələrində şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında kompensasiya ödənilib.

Dəyişikliyə əsasən, bu məbləğlər də müvafiq olaraq 150, 75 və 55 manata qaldırılıb, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün isə 100 manat məbləğində yeni kompensasiya məbləği müəyyənləşdirilib.

Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı