fotofakt

Azərbaycanda daha 2 Ordu Korpusu yaradıldı

Tarix:11-12-2020, 16:01
Baxış Sayı:48

Azərbaycanda daha 2 Ordu Korpusu yaradıldı
"İndiyə qədər Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının dörd Ordu Korpusundan və Naxçıvanda yerləşən bir Əlahiddə Ümumqoşun Ordusundan ibarət olduğu məlum idi".

Fotofakt.az xəbər verir ki,bunu milli.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, qismən səfərbərliklə yeni şəxsi heyətin ordu sıralarına cəlb edilməsi yeni ordu korpuslarının yaradılmasına imkan verib:

"Dünən Bakıda Azərbaycan Ordusunun Qarabağda uğurlu döyüş əməliyyatları nəticəsində ərazilərimizin işğaldan azad edilməsinə həsr edilən Zəfər Paradının keçirilməsi ilə və Azərbaycanın Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibində bəzi dəyişikliklərin olduğu diqqətimizi cəlb etdi. Belə ki, paradda iştirak edən şəxsi heyətin keçidi zamanı V və VI Ordu Korpuslarının şəxsi heyətinin də iştirakı Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibində əvvəl mövcud olan ordu korpuslarına iki yeni ordu korpusunun da əlavə edildiyini göstərdi.

İki yeni ordu korpusunun yaradılması üçün imkanın, Azərbaycanda elan olunan qismən səfərbərlik nəticəsində mümkün olduğu göz qabağındadır. Azərbaycanın uzun müddət müharibəyə hazırlaşması, əlavə silah, texnika, sursat əldə edərək ehtiyatları artırması, yeni şəxsi heyətin qismən səfərbərliklə cəlb edilməsi ilə yeni ordu korpuslarının yaradılmasına da imkan verib. Beləliklə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibi 6 Ümumqoşun Korpusundan və Naxçıvanda yerləşən bir Əlahiddə Ümumqoşun Ordusundan ibarətdir. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin həm sayının, həm silah və texnika potensialının artması ilə nəticələnib".

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı