fotofakt

Şəhid olduğu deyilən əsgər sağ qayıtdı - VİDEO

Tarix:4-12-2020, 22:35
Baxış Sayı:104

Şəhid olduğu deyilən əsgər sağ qayıtdı  -  VİDEO
Vətən müharibəsinin qəhrəman iştirakçılarından biri də Rəşad Mirzəyevdir.

Fotofakt.az xəbər verir ki, əvvəl erməni təxribatı nəticəsində Rəşadın şəhid olması haqqında ailəsinə SMS göndərilib. Ancaq əmisi bu yanlış məlumatın Rəşadın valideynlərinə çatmasına mane olub.

"Mən anamın, atamın lal-kar olmağına ən çox onda sevindim. Mənim nə ölüm xəbərimi, nə də yaralanmağımı bildilər", - deyir Rəşad. Elə həmin ərəfədə qardaşı Rəşidi əsgər aparırlar. Amma bundan Rəşadın xəbəri olmur...

Olduğu yerə 120 millimetrlik minaatan mərmisi düşür. Qəlpəsi ayağına dəyir, yıxılanda isə sinirləri zədələnir. Həmin ankı hisslərini ifadə edəndə üzü gülür, deyir, bir yandan sevinib, çünki yanında şəhid olan əsgər yoldaşları olub və onların üzündə nur görüb: "Bu dünyadan heç ağlayaraq köçən əsgər görmədim mən".

Nişanlıdır Rəşad. Deyir o qızın boyu balacadır: "Amma mən gələndən sonra yanımda elə qürurla gəzir ki, elə bilirəm boyu məndən ucadır".

Xəzər TV-nin Rəşadgilin ailəsindən hazırladığı reportajı təqdim edirik:

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı