fotofakt

Yaralı hərbçimiz yenidən cəbhəyə qayıtmaq istəyir - VİDEO

Tarix:5-11-2020, 14:11
Baxış Sayı:46

Yaralı hərbçimiz yenidən cəbhəyə qayıtmaq istəyir - VİDEODöyüş meydanında Ermənistan silahlı birləşmələrinin tanklarını və xeyli canlı qüvvəsini məhv edən yaralı hərbçimiz yenidən döyüşə qayıtmaq istəyir.

Fotofakt.az Xezerxeber.az-a istinadla xəbər verir ki, Abşeron rayon Mehdiabad qəsəbə sakini Pərvin Allahquliyev Qubadlı rayonunun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə ayağından və əlindən ağır qəlpə yarası aldığından geri göndərilib.

Onun sözlərinə görə, Qarabağ uğrunda hərbçilərimiz böyük qəhrəmanlıq nümayiş etdirirlər. Topçu olan Pərvin Allahquliyev şəxsən özü düşmənə ağır zərbələr vuraraq, onların 3-ü tank olmaqla, xeyli sayda texnikasını sıradan çıxardığını və canlı qüvvəsini məhv etdiyini deyir.

Atası Yadulla Allahquliyevin də 1991-ci ildə Daşaltı əməliyyatında könüllü olaraq döyüşdüyünü xatırladan Pərvin Allahquliyev deyir ki, Azərbaycanın çox güclü Ordusu və vətənpərvər gəncləri var. O, sağaldıqdan sonra yenidən cəbhəyə yollanmaq fikrindədir.

Qazinin anası Tahirə Allahquliyeva isə oğlu ilə bərabər Vətən uğrunda canından keçməyə hazır olan bütün hərbçilərimizlə qürur hissi keçirdiyini deyir.

İndi Pərvin Allahquluyev tezliklə sağalacagı günü gözləyir. Yenidən döyüşərək işğalda qalan torpaqlarımızı azad etmək niyyəti ilə...

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı