fotofakt

Bu şəxslərə hərbi forma geyinmək QADAĞANDIR

Tarix:27-10-2020, 21:45
Baxış Sayı:102

Bu şəxslərə hərbi forma geyinmək QADAĞANDIR
Son günlər sosial şəbəkələrdə bəzi insanlar hərbi forma geyinərək fotolar, videolar paylaşırlar. Lakin hərbi qulluqda olmayan, yaxud heç bir rütbə daşımayan insanların müxtəlif nişanlı geyimlərdən istifadə etməsi yanlış fikirlər yaradır.

Bu barədə Redaktor.az-a açıqlamsında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi formalardan gündəlik geyim kimi istifadə etmək düzgün deyil:

“Bildiyimiz kimi, hazırda ölkədə müharibə vəziyyətidir. Bəzi insanlar bu vəziyyətdən istifadə edərək icazəsi olsa da, olmasa da həmin hərbi formalardan istifadə edir. Lakin bu düzgün deyil. Hərbi forma ordunun rəsmi geyimi, rəmzidir. Ehtiyatda olan zabitlər ordudan təxlis olunduqları zaman onların hərbi sənədlərində bu formaları geyinmələri ilə bağlı rəsmi icazə yer alır. Təbii ki, bu hərkəs üçün keçərli deyil, bu məsələ qanunla tənzimlənir. Amma təəssüflər olsun ki, bəzi insanlar bundan bir qədər sui-istifadə edirlər. Hazırda müharibədə qazanılan uğurlarla bağlı olaraq insanlarda müəyyən vətənpərvərlik hisslərinin artrmasını başa düşürük. Onlar hərbi forma geyinməklə dəstəklərini göstərmək istəyirlər. Lakin mövcud vəziyyəti fürsət bilib bir sıra rəmzlər, yaxud ulduzlar əlavə edərək hərbi formalar geyinmək düzgün deyil”.

Qeyd edək ki, bir müddət öncə düşmən tərəfi hərbi formada foto çəkdirən tanınmış prodüser Tarix Əliyev və aşıq Namiq Fərhadoğlunu da həlak olan azərbaycanlı zabitlər kimi təqdim etmişdilər.

Həmçinin, aşıq Namiq Fərhadoğlunun hərbi geyimi geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, onun sol çiynində polkovnik, sağ çiynində isə leytenant rütbəsi yer almışdı.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı