fotofakt

Qobu Park yaşayış kompleksini içməli su ilə təmin etmək üçün yeni magistral kəmər çəkilib

Tarix:18-05-2020, 14:10
Baxış Sayı:49

Qobu Park yaşayış kompleksini içməli su ilə təmin etmək üçün yeni magistral kəmər çəkilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. ASC-nin Tədbirlər Planına uyğun olaraq məcburi köçkünlərin yaşadığı Qobu Park yaşayış kompleksini dayanıqlı içməli su ilə təmin etmək üçün yeni alternativ magistral su kəməri inşa olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan vətəndaşların diqqət və qayğı ilə əhatə olunduğunun bariz nümunəsidir. Qaçqın və məcburi köçkünlərin müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi məqsədilə ötən illərdə genişmiqyaslı layihələr həyata keçirilib. 2018-2019-cu illərdə istifadəyə verilmiş Qobu Park 1 və 2 yaşayış massivlərində zəruri kommunal infrastrukturlar yaradılıb. Qəsəbənin içməli su təminatı Kür-Bakı kəmərindən ayrılmış magistral xətt hesabına aparılıb. Yaxın vaxtlarda Qobu Park 3 yaşayış massivinin istifadəyə verilməsilə suya tələbat artacaq. Bu baxımdan məcburi köçkün şəhərciyinə yeni magistral su kəmərinin inşası qərara alınıb. Layihəyə əsasən, kompleksə içməli su Oğuz-Qəbələ-Bakı su kəmərindən ayrılan magistral xətdən veriləcək. Bu məqsədlə Qobu kəndi ərazisindən başlayaraq Qobu Park yaşayış kompleksinə 225 millimetr diametrli polietilen borularla 5,4 kilometr uzunluğunda magistral su xətti çəkilib. Artıq kəmərin tikintisi yekunlaşıb və kompleksin su anbarlarına birləşməsi verilib.

Hazırda magistral kəmərdə hidravlik sınaq işləri aparılır və kəmər yuyulub dezinfekasiya edildikdən sonra istismara buraxılacaq. Yeni alternativ kəmərin inşası Qobu Park yaşayış kompleksində yaşayan məcburi köçkünlərin içməli su təchizatının tam dayanıqlılığını təmin edəcək. Gələcəkdə xətlərin hər hansı birində planlı fasilə və ya qəza baş verdikdə sakinlər normal rejimdə içməli su ilə təmin olunacaqlar.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı