fotofakt

“T.T.Ş.-İnşaat” MMC koronavirusla mübarizəyə 50 min manat ayırdı

Tarix:22-03-2020, 22:18
Baxış Sayı:187

“T.T.Ş.-İnşaat” MMC koronavirusla mübarizəyə 50 min manat ayırdı
Hər zaman həyata keçirdiyi tikinti-quraşdırma, bərpa-yenidənqurma işləri üzrə Azərbaycanın inkişaf etmiş, etibarlı, lider şirkətlərindən sayılan “T.T.Ş.-İnşaat” MMC-nin sosial məsuliyyət öhdəliyi Azərbaycanın firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaqdır.

Azərbaycandan başqa, bir çox xarici ölkələrdə də müxtəlif infrastruktur layihələrində iştirak edən şirkət Azərbaycan dövlətinin təşkil etdiyi tədbirlərə dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımına qoşulmağa qərar verib.

Bu virusla mübarizə ümummilli məsələdir. Bu məsələni də öz dövlətimizə dəstək verməklə birlikdə həll etməliyik. Bununla mübarizədə Azərbaycan hökuməti əlindən gələni edir. Həyata keçirilən hər bir tədbirlər göz önündədir.

Bunu nəzərə alaraq “T.T.Ş.-İnşaat” MMC Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürüb.

Vəsaitin ayrılmasında əsas məqsəd koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması, pandemiyanın iqtisadiyyatın və biznesin bir çox sahələrinə vurduğu təsiri qismən də olsa, qarşılamağa dəstək olmaqdır.

Hər birimiz Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında operativ qərargahın göstərişlərinə əməl etmək və dövlətimizə dəstək göstərməklə, bu bəlaya qalib gələ bilərik.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı