Gəncə Dövlət Universitetinin kafedra müdirinin müavinə cinayət işi açılıb.
BakuPost-un məlumatına görə, Universitetinin Pedaqoji Fakultəsinin dekan müavini Yusifov Anar İdris oğlu dələduzluqda və rüşvət vermədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ittiham verilib.
A.Yusifovun barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib.