fotofakt

Məscidlərə tapşırıq verildi - Möhürlərdən virus qazanmamaq üçün...

Tarix:2-03-2020, 16:40
Baxış Sayı:72

Məscidlərə tapşırıq verildi - Möhürlərdən virus qazanmamaq üçün...
Dünyanı qorxuya salmış və artıq ölkəmizin də sərhədlərindən içəri girmiş koronavirus xüsusi qorunma tədbirlərinin alınmasını zəruri edir. İnsanların ən çox toplandığı yerlərdən biri olaraq məscidlər bu anlamda təhlükə mənbəyi ola bilər. Çünki namaz vaxtı istifadə olunan möhür, təsbeh, canamazlar onlarla insan tərəfindən istifadə olunur və dezinfeksiya edilmir.
Bizimyol.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirusla bağlı məscidlərə, məscid rəhbərlərinə və imamlara xüsusi tapşırıqlar verib. QMİ-nin tövsiyəsində bildirilir ki, insanlar müəyyən qədər sıx təmaslardan qaçmalı, gigiyenik tədbirlərə ciddi əməl etməlidirlər. QMİ həmçinin namaza gələn insanlara möhür və namaz xalçalarını özləri ilə evdən gətirməyi tövsiyə edir. “Bu tədbirlər adi haldan ajiotaj yaradılmaması üçün edilir”. Həmçinin bildirilib ki, Səudiyyə Ərəbistanı Ümrə ziyarətinin vaxtının dəyişdrilməsi ilə bağlı qərar qəbul edib və QMİ də bu qərarı alqışlayır.”Yəqin ki, havalar istiləşəndən sonra ziyarət yenidən bərpa ediləcək”.

Görülən təhlükəsizlik tədbirləri ilə bağlı Bakının ən çox ziyarət edilən məscidlərindən olan “Əjdərbəy” məscidindən (Göy məscid) Bizimyol.info-ya bildirildi ki, təhülkəsizlik tədbiri olaraq köhnə möhürlər yığışdırılıb, yeniləri ilə əvəz olunub. Ziyarətçilərə isə bildirilib ki, qrip olan şəxslər müsəlman bacı və qardaşlarını yoluxdurmamaq üçün əsla məscidə gəlməsinlər. Namaza gələn şəxslərdən maska taxmaları xahiş edilib. O ki, qaldı cümə namazlarının ləğv olunması məsələsinə, bu sualımıza cavab olaraq məscidin axundu qeyd etdi ki, karantin QMİ-nin deyil, dövlətin alacağı qərardır, gərək öncə avtobus və metro bağlana, ondan sonra insanların kütləvi toplaşdıı bütün tədbirlər ləğv edilə.

Həmçinin bildirilib ki, Səudiyyə Ərəbistanı Ümrə ziyarətinin vaxtının dəyişdrilməsi ilə bağlı qərar qəbul edib və QMİ də bu qərarı alqışlayır.”Yəqin ki, havalar istiləşəndən sonra ziyarət yenidən bərpa ediləcək”.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı