Gürcüstanda ilk koronovirusa yoluxma hadisəsi qeydə alınıb. Bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze brifinqdə açıqlamasında bildirib.
"Bir neçə dəqiqə qabaq Luqar laboratoriyasından aldığımız məlumata görə, ölkədə ilk koronovirusa yoluxma halı qeydə alınıb", - deyə nazir bildirib.
O deyib ki, koronovirusa yoluxmuş Gürcüstan vətəndaşı fevralın 25-də İrandan Azərbaycana, oradan da Güsrüstana keçib.
Azərbaycan ərazisindən xəstə sərnişinin necə keçməsi və niyə saxlanılmaması barədə suala Səhiyyə Nazirliyi hələ cavab verməyib.