fotofakt

Bir nəfərin ölümünə, iki nəfərin xəsarət almasına səbəb olan yanğının təfərrüatları

Tarix:11-02-2020, 17:08
Baxış Sayı:119

Bir nəfərin ölümünə, iki nəfərin xəsarət almasına səbəb olan yanğının təfərrüatları
Şəmkirdə yaşayış evində baş verən yanğının səbəbləri məlum olub.

Rayonun Ələsgərli kənd orta məktəbinin direktoru Zahid Məmmədovun Qaynarinfo-ya verdiyi məlumata görə, yanğına səbəb elektrik naqillərində yaranan qısa qapanma olub:

"Hadisə gecə saatlarında baş verib. Baba, nənə, oğlu, gəlini və nəvələri yatırmış. Aynəbəndə böyük pərdələr olub. Onlar od tutan kimi bütün evi başına götürüb. Hadisə zamanı nənə ölüb, oğlu ilə nəvəsinin biri də ağır yanıq xəsarəti alıb. Onları rayon xəstəxanasına yerləşdirilib. Amma vəziyyətləri pis olduğundan ordan Bakıya aparıblar. Ailənin digər üzvlərinin vəziyyəti yaxşıdır".

Qeyd edək ki, Şəmkir rayonunun Ələsgərli kəndində yanğın hadisəsi baş verib. Yanğın zamanı bir nəfər ölüb, iki nəfər, 1978-ci il təvəllüdlü Zöhrab Əhmədov və onun övladı, 8 yaşlı Rüstəm Əhmədov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı