Gəncədə itkin düşən qadın tapılıb.
Hadisə yanvarın 6-da şəhərin Natavan qəsəbəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Sevinc Quluyeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində S.Quluyeva Gəncə şəhər ərazisində tapılaraq yaxınlarına təhvil verilib.