Bakıda ağırçəkili şəxsə kömək göstərilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Qafqazinfo"ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.