fotofakt

Azərbaycanda yas mərasimlərinin keçirilməsinə qadağa qoyulur? - sədrdən CAVAB

Tarix:9-12-2019, 22:43
Baxış Sayı:61

Azərbaycanda yas mərasimlərinin keçirilməsinə qadağa qoyulur? - sədrdən CAVAB
"Azərbaycanda yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası zamanında fətva verib və çağırış edib ki, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmasın, o cümlədən israfçılığa yol verilməsin. Bu, tövsiyə xarakterli bir çağırışdır".

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, islamda yas mərasimlərinin təşkili ilə bağlı mütəxəssislərin, imamların geniş açıqlamaları var: "Bir var adət-ənənələr, bir var İslamdan irəli gələn vacib şərtlər. Əgər biz islami dəyərlərə diqqət yetirsək, islam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Amma bizdə yas mərasimləri bəzən adət-ənənələrdən irəli gələn məsələlərdə özünü büruzə verir. Əlbəttə, burada hər hansı bir qadağadan söhbət gedə bilməz. Bu, yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər. Bu, zamana bağlı olan məsələdir. Burada hər hansı bir müdaxilədən söhbət gedə bilməz. Məsələ təbliğat yolu ilə tədricən həllini tapacaq.

İndiyə qədər verilən tövsiyələr kifayət qədər təsir göstərib, bir çox yerdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək, bu addımı atıb. Bir çox kənddə, rayonda ümumi razılıqla bu məsələləri həll ediblər”.
Komitə sədri hesab edir ki, burada tövsiyələr mühüm rol oynayır.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı