Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi ilə bağlı ali təhsil ocağı açıqlama verib.
Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Publika.az-a açıqlamasında bildirib ki, hadisə BDU-nun yataqxanasında baş verməyib.
Hazırda bununla bağlı araşdırmalar davam edir: "Səhhəti pisləşən tələbələrdən yalnız Məryəm Ramazanova bizim universitetdə təhsil alır. İlkin diaqnoz isə mədə soyuqlamasıdır. Vəziyyəti hazırda qənaətbəxşdir”.