fotofakt

Bakı metrosunda problem - Sərnişinlər stansiyaya daxil ola bilməyib

Tarix:30-09-2019, 16:16
Baxış Sayı:72

Bakı metrosunda problem - Sərnişinlər stansiyaya daxil ola bilməyib
Bakı Metropoliteninin "20 yanvar" stansiyasının girişində səhər saatlarından sıxlıq yaranıb.

Fotofakt.az Trend-ə istinadən xəbər verir ki, sıxlığın yaranmasına səbəb stansiyanın girişində quraşdırılmış "Bakıkart" aparatlarının sistemində problemin baş verməsidir.

Aparatlarda yaranmış problem nəticəsində kartlara gediş haqqı yükləmək mümkün olmayıb. Nəticədə sərnişinlər stansiyaya daxil ola bilməyib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, stansiyada baş verən hadisə sıxlığa səbəb olub:

"Biz qatarların hərəkətinə nəzarət etmək səlahiyyətindəyik, aparatlara biz nəzarət etmirik. "Bakıkart” aparatlarının çalışmamasının səbəbləri bizə də məlum deyil.

Stansiyada böyük sıxlıq yaranıb, amma əməkdaşlarımız sıxlığı nizamlamağa çalışırlar. Hazırda problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı