fotofakt

Prezident təqaüdçüsü: Gözlədiyim nəticəni əldə etmişəm

Tarix:24-09-2019, 17:31
Baxış Sayı:71

Prezident təqaüdçüsü: Gözlədiyim nəticəni əldə etmişəm
Sevinirəm ki, qəbul imtahanlarına ciddi hazırlaşmağım və çəkdiyim əziyyət yerdə qalmadı.

Bunu Oxu.Az-a açıqlamasında 665.6 bal toplayan Prezident təqaüdçüsü Elnur Babayev bildirib.

Elnur Babayev 2002-ci il mayın 26-da Gədəbəy rayonu Göyəlli kəndində anadan olub. O, bu il Suraxanı rayonunda yerləşən 316 nömrəli məktəbi bitirib.

Prezident təqaüdçüsünün sözlərinə görə, qəbul imtahanlarında 665.6 bal toplayaraq İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin Maliyyə ixtisasına daxil olub:

“İki il müddətində repetitor vasitəsilə imtahanlara hazırlaşmışam. Dərslərimi planlı və ciddi oxumuşam. Aşağı siniflərdən keçilən bütün fənlərə diqqətlə yanaşıb, dərslərimi yaxşı öyrənməyə çalışmışam.

Mənə lazım olan biliyi dərindən mənimsəyərək yadda saxlamışam. Təbii ki, dincəlmişəm də. Nəticədə, gözlədiyim nəticəni əldə etmişəm. Sonda əziyyətimin bəhrəsini gördüm. Bu, tək mənim yox, həm məktəb rəhbərliyinin, müəllimlərimin, həm də hər zaman mənə dəstəyini göstərən valideynlərimin uğurudur”.

Elnur Babayev deyir ki, Prezident təqaüdçüsü olmağı gözləyirmiş:

“Nəticələr açıqlananda Prezident təqaüdünə layiq görülən tələbənin siyahısında adımı görəndə nə qədər sevindiyimi sözlə ifadə etmək mənim üçün çox çətindir. Sevincimin həddi-hüdudu yox idi. Çünki həm özüm sevinmişdim, həm də məni sevənləri sevindirmişdim.

Qəbul imtahanına hazırlaşan abituriyentlər dərslərini yaxşı oxumalıdır, təkrarlara kifayət qədər vaxt ayırsalar, hər şey yaxşı olacaq. Çəkilən əziyyət hər zaman qiymətləndirilir. Əsas odur ki, qarşıya qoyulan hədəf olsun”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü verilir.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı