fotofakt

Avtomobilin yan şüşəsinə plyonka çəkməyə icazə varmı? - DYP-dən AÇIQLAMA

Tarix:15-05-2019, 09:54
Baxış Sayı:85

Avtomobilin yan şüşəsinə plyonka çəkməyə icazə varmı? - DYP-dən AÇIQLAMA



May ayının 1-dən noyabrın 15-dək Azərbaycanda minik avtomobillərinin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanan jalüzlərin vurulmasına icazə verildiyindən Bakı şəhərində qara plyonkalı maşınların sayında artım müşahidə olunur.

Beş.az xəbər verir ki, məlum icazənin qüvvəyə minməsindən sonra guya Azərbaycanda minik avtomobillərinin yan şüşələrinə plyonka çəkilməsinə icazə verildiyinə dair şayiələr yayılıb. Bununla bağlı qanuna dəyişiklik edildiyi, hətta cərimələrin ləğv edildiyi də bildirlir.

May ayının 1-dən noyabrın 15-dək Azərbaycanda minik avtomobillərinin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanan jalüzlərin vurulmasına icazə verildiyindən Bakı şəhərində qara plyonkalı maşınların sayında artım müşahidə olunur.

Sfera.az xəbər verir ki, məlum icazənin qüvvəyə minməsindən sonra guya Azərbaycanda minik avtomobillərinin yan şüşələrinə plyonka çəkilməsinə icazə verildiyinə dair şayiələr yayılıb. Bununla bağlı qanuna dəyişiklik edildiyi, hətta cərimələrin ləğv edildiyi də bildirlir.

Lakin Baş Dövlət Yol Polisi İdarəsi məlumatı təksizb edib. Bildirilib ki, "Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

Küləyə qarşı şüşələr üçün - 75 %
Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 %

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Digər hallarda, yəni tünd örtüklər, eləcə də plyonka vurulduqda sürücülər məsuliyyətə cəlb olunacaqlar.

“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
“Dəmir Yumruq Alfa -A” Cəmiyyətinin üzvləri Ordubadda şəhid ailələri ilə görüş keçirib
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDAKI MƏDƏNİ MÜNASİBƏTLƏR DÜNƏNDƏN BU GÜNƏ.
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
Konstitusiya və Həmrəylik: Ölkəmizin hərtərəfli tərəqqisinin əsasları
PƏRVANƏ SALMANQIZI – QADIN
PƏRVANƏ SALMANQIZI – QADIN
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
QANUNLARA MƏHƏL QOYMAYANLAR KİMDİR?
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
Xocalı soyqırımı – insanlığa qarşı cinayət
“Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
“Bundan sonra Ağadadaş yerini bilsin” -  Xalq artisti   “Bundan sonra Ağadadaş yerini bilsin” - Xalq artisti
Səfərbərlik Xidməti məlumat yaydı
Səfərbərlik Xidməti məlumat yaydı